top of page

"Narkomaniya bəşəriyyətin bəlası" adlı tədbir keçirilmişdir


27.05.2016-cı ildə 1 N-li Bakı Peşə Liseyinin müəllimləri və Sabunçu rayon Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə şagirdlər arasında antinarkotik təbliğatının gücləndirilməsi məqsədi ilə maarifləndirmə tədbirləri keçirilmişdir. Tədbirdə rayon Polis İdarəsinin YYCPİTB-in rəisi polis mayoru Əli Babayev, 13-cü polis bölməsinin yetkinlik yaşına çatmayanların işləri üzrə baş inspektor polis kapitanı Ramil Hüseynov iştirak etmişlər. Tədbir iştirakçiları narkomaniyanın yayılması, fiziki və mənəvi təsirlərin, narkomaniyaya qarşı mübarizənin son durumu ilə bağlı mühazirə ilə çıxış etmişlər. Tədbirdə həmçinin narkomaniya ilə bağlı təbliğat xarakterli videoçarx nümayiş olunmuşdur.



Tanıtılan Yazılar
Son Paylaşımlar
bottom of page